"Napoli"nin hücumçusu Viktor Osimhenin başı Nigeriyada bir cinayət hadisəsinə qarışıb.
Fanat.Az xəbər verir ki, İtaliyanın "ITASportPress" agentliyi ulduz forvardın "qurban"a çevrildiyini bildirib,
Belə ki, yaxınları onu şantaj edərək pul istəyirlər. İlk öncə futbolçunun qaynı Osita Okolo futbolçudan “Napoli”yə transfer üçün xeyli məbləğdə pul (təxminən 470 min avro) tələb edərək şantaj etmək qərarına gəlib. Okolo bu transferdə vasitəçi kimi rol oynadığını iddia edir.
Osimhen ötən gün şantaj ifadəsi ilə polisə müraciət edib. İndi də futbolçunun baldızı və bacısı həbs edilib.
Mirağa