"Barselona" rəhbərliyinin portuqaliyalı hücumçu Joau Felikslə bağlı planları açıqlanıb.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, “Atletiko Madrid”dən cari mövsümün sonunadək icarəyə götürülən futbolçunun çıxışı kataloniyalıları razı salıb.
Hazırda "Barselona"nın nümayəndələri futbolçunun agenti Jorje Mendeş ilə onu heyətdə saxlamaqla bağlı danışıq aparırlar. Maliyyə problemi yaşayan Kataloniya klubu Feliksin icarə müqaviləsinin satınalma hüququ ilə uzadılmasına nail olmaq istəyir.
23 yaşlı Joau bu mövsüm "blauqrana"nın forması ilə bütün turnirlərdə 7 matça çıxaraq 3 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Feliksin "Atletiko" ilə anlaşmasının müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 50 milyon avro ilə qiymətləndirir.
Nihat