Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Azərbaycan millisi ilə sabah baş tutacaq AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oyun ərəfəsində mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis qələbəyə kökləndiklərini bildirib:
“İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq.
Rəqibimiz son vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Bakıdakı görüşdə qalib gələ və ya məğlub ola bilərik. Keyfiyyətli oyunçuları var. Biz Azərbaycanı zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da start götürəcək.