DÇ-2026-nın seçmə mərhələsinin oyununda "Venesuela" ilə 1:1 hesablı heç-heçəyə razılaşan Braziliya millisinin ulduzlarının oyundan bir gün öncə əyləncə məclisi təşkil etdikləri üzə çıxıb.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Mateo Baldi yayıb.
Xəbərə görə, Neymar, Vinisius Junior və Rişarlison komandanın məskunlaşdığı hoteldən səhər saatlarında 3 qadın çıxıb. Mənbə Neymarın Rebekka Ribeyro, Vinisiusun Letitsiya Soqiro, Rişarlisonun isə Rita Lopeslə qaldığını vurğulayıb.
Maraqlıdır ki, bu xəbər yayılandan sonra Rebekka Neymarla qalmadığını deyib. Digər iki qadın isə hadisə barədə danışmayıblar.
Qeyd edək ki, hesabı Neymarın ötürməsindən sonra 50-ci dəqiqədə Qabriel Maqalyans açıb, Venesuella 85-ci dəqiqədə bərabərlik qolunu vurub.
Nihat