Türkiyəli vunderkind Arda Gülər "Real Madrid"dən ayrıla bilər.
Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçiyə İtaliyadan təklif gəlib.
Mənbənin məlumatına görə, onunla "Milan" maraqlanırdı.İtaliya nəhəngi onu yanvarda almağa çalışır.
Üstəlik, bu, icarə deyil, satınalmadır. Məbləğin 20 milyon avro olduğu bildirilir.
Gülər hələ "Real Madrid"də debüt etməyib.
Mirağa