Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla qarşılaşıb.
Fanat.Az xəbər verir ki, "sambaçılar" görüşdən 0:2 hesabı ilə məğlub ayrılıblar. Uruqvayın qollarını Darvin Nunyes və Nikolas De La Kruz vurub.
Matçın gedişində braziliyalı ulduz Neymar ciddi zədə alıb. 31 yaşlı forvard ilk hissənin sonunda dizindən zədə alıb. O, meydanı elektromobillə və göz yaşları içində tərk edib.
Neymarı Riçarlison əvəzləyib.
Qeyd edək ki, Braziliya dünya çempionatının seçmə mərhələsinin dörd turundan sonra 7 xalla turnir cədvəlində iki-üçüncü yerləri bölüşür və lider Argentinadan 5 xal geri qalır.