"Neftçi"nin Rusiya klubu ilə nə vaxt oynayacağı məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb.
Mənbənin məlumatına görə, artıq tərəflər müvafiq qərar qəbul ediblər. Azərbaycan klubu “Zenit”lə noyabrın 18-də Bakıda qarşılaşacaqlar.
Qeyd edək ki, “Neftçi” ötən yay Sankt-Peterburqda "Match Premier Cup" turniri çərçivəsində “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə uduzmuşdu.