Birinci Liqanın 5-ci turun çərçivəsində "İmişli" bu gün "İrəvan"ı qəbul edəcəkdi. Lakin qonaq komanda oyuna getmədiyinə görə görüş baş tutmadı. "İmişli"nin mətbuat katibi İlkin Əhmədovla əlaqə saxlayıb matça bilet alan azarkeşlərin aqibətinin necə olacağını soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu :
"Azarkeşlər əldə etdikləri biletlərlə növbəti ev oyununa, yəni "Zaqatala" ilə matça gələ, stadionda öz yerlərini tutub sevimli komandalarına dəstək ola bilərlər. Bununla bağlı heç bir problem yoxdur".
Nahid Məmmədov