"Real"ın yarımmüdafiəçisi Toni Kroos komanda yoldaşı Arda Güləri tərifləyib.
Fanat.Az xəbər verir ki, tanınan insayder Yaqiz Sabunçuoğlu 33 yaşlı alman yarımmüdafiəçinin dediklərini belə çatdırıb:
“Gülərin cəmi 18 yaşı var. Amma o, çox istedadlıdır. Arda bu yaşda bizim bacarmadığımız bir çox şeyi etməyə qadirdir”.
Qeyd edək ki, 18 yaşlı türk vunderkind yayda "Fənərbağça"dan İspaniya nəhənginə keçib. Zədələrə görə hələ də "Los Blankos"da debüt edə bilməsə də, bu, komanda yoldaşlarının onun istedadını mütəmadi olaraq tərifləməsinə mane olmur.
“Real” oktyabrın 21-də səfərdə “Sevilya” ilə qarşılaşacaq. Gülərin bu matçda debüt etməsi ehtimal olunur.
Mirağa