"Barselona"nın idman direktoru Deku Lionel Messidən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" sabiq yarımmüdafiəçinin dediklərini belə çatdırıb:
"Uzun müddətdir ki, Leo ilə dostluq edirəm. Onun ABŞ klubuna keçməsi çoxdan planlaşdırılırdı. Ola bilsin ki, PSJ-də keçirdiyi iki ildə "Barselona"da oynamalı idi. Bura qayıtması möhtəşəm olar, çünki o, futbol tarixinin ən yaxşısıdır. Amma gördüyünüz kimi hər şey elə gətirdi ki, indi başqa klubda xoşbəxtdir. Bu, hər şeydən vacibdir".
Messi bu yay PSJ-dən azad agent qismində ayrılaraq "İnter Mayami" ilə 1,5 illik müqavilə bağlayıb.
Nihat