"Barselona"nın idman direktoru Deko argentinalı hücumçu Lionel Messinin gələcəkdə "blaugrana" ilə vida matçına çıxacağını bildirib.
Fanat.Az xəbər verir ki, klub funksioneri bu barədə "Marca"-ya danışıb:
“Leo vida matçını keçirəcək. Bu, yəqin ki, “Kamp Nou”nun yenidən qurulmasından sonra baş verəcək. Messi həmişə "Barselona" tarixinin ən böyük futbolçusu olaraq qalacaq. Çox gözəl oyunçularımız olub, amma Leo ən yaxşısıdır. Buna görə də o, mütləq vida matçı keçirəcək, lakin bunun nə vaxt baş verəcəyini dəqiq bilmirik”.
Messi 2005-2021-ci illərdə "Barselona"da çıxış edib. 36 yaşlı argentinalı hazırda Amerikanın "İnter Mayami" klubunda oynayır.
Mirağa