Milli komandanın oyunlarına görə yaranan fasilə vaxtı məşqdə zədələnən və dərhal Türkiyədə əməliyyat olunan “Səbail”in müdafiəçisi Cabir Əmirlinin durumuna aydınlıq gəlib.
Bayıl klubunun mətbuat sözçüsü Rəşad Məmmədovun Fanat.Az-a verdiyi açıqlamaya görə, futbolçu üçün il erkən başa çatıb.
"Təəssüf ki, Cabir ili erkən başa vurdu. Yəni o, ikinci dövrə ərzində komandaya kömək edə bilməyəcək. Əməliyyat uğurlu keçsə də, zədənin xarakterinə görə sağalma prosesi bir qədər vaxt aparacaq. Tibb personalı çalışır ki, bərpa qış fasiləsinə qədər başa çatsın, o, mövsümün ikinci yarısına hazırlıqda iştirak edə bilsin".
2021-ci ilin yayından "Səbail"də çıxış edən Əmirli bu mövsüm Premyer Liqada 9 oyunun hamısında ümumilikdə 734 dəqiqə meydanda olub və 1 sarı vərəqə alıb.
"Dənizçilər" hazırda 17 xalla şərikli liderlərdən - "Zirə" və "Qarabağ"dan sonra 3-cü pillədə qərarlaşıb.
Mirağa