"Monako"nun baş məşqçisi Adi Hütter bu yay müqavilə bağladığı Fransa təmsilçisindəki işindən danışıb.
Fanat.Az xəbər verir ki, 53 yaşlı avstriyalı mütəxəssisin dediklərini "Kicker" belə çatdırıb:
"Onlar aqressiv hücum futbolunun tərəfdarı olan məşqçi axtarırdılar. Məsələ dəqiqləşən zaman dərhal razılaşdım. Çünki "Monako" böyük tarixi olan klubdur.
Bizim üç məşq meydanımızdan dənizə mənzərə açılır. Yaxşı günlərdə Nitsanı da görmək olur. Monakoya düşən yolla gələrkən gördüklərin səni valeh edir. İşə yeni başlayanda bilmirdim məzuniyyətdəyəm, yoxsa, bura mənim iş yerimdir. Dünyada belə iş yerləri yəqin ki, çox az olar".
Qeyd edək ki, 8 tura 17 xal toplayan "Monako" Liqa 1-in turnir cədvəlinə başçılıq edir.
Nihat