Argentinanın sabiq hücumçusu Karlos Teves xəstəxanaya aparılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Ole" yayıb.
Məşhur futbolçu Argentinadakı evində huşunu itirib. Yıxılarkən başı yerə dəyib və yarılıb. Həkimlər xəstəxanaya yerləşdirilən Karlosa bir neçə tikiş atıblar.
Onu da əlavə edək ki, Karlos Teves hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur. O, "İndependiente" klubuna başçılıq edir.
Mirağa