"Milan"ın hücumçusu Teo Ernandes PSJ-nin hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" informasiya yayıb.
Paris nəhəngi bu keçidi yanvarda reallaşdırmağa can atır. "Milan"ın müəyyən maliyyə problemləri olduğunu nəzərə alan fransızlar məqsədlərinə çata biləcəklərinə inanırlar. Potensial müqavilə 60 milyon avro dəyərində qiymətləndirilir.
Qeyd edək ki, Teonun qardaşı Luka Ernandes hazırda PSJ-də oynayır.
Mirağa