Milan "İnter"inin baş direktoru Cüzeppe Marotta icarə əsasında "Roma"nın formasını geyinən Romelu Lukaku barədə danışıb.
Fanat.Az xəbər verir ki, onun daha öncə "İnter"in uğurları üçün çalışmış hücumçu haqda dediklərini "La Gazetta dello Sport" belə çatdırıb:
"Lukaku keçmişimizi təmsil edir. Bu, sadəcə əvvəllər də gördüyümüz bir şeydir. “İnter”də nə Lukaku barədə düşünən var, nə də onu yada salan. Heç kim Romelunu xatırlamır.
Onun davranışını necə qiymətləndirirəm? Futbolda bəzən belə də olur. İlk və ya sonuncu dəfə deyil ki..."
Xatırladaq ki, "qara-göylər"in rəsmiləri bu yay belçikalını heyətə qatmaq üçün "Çelsi" ilə danışıq aparsalar da, sonradan onun paralel olaraq həm də "Yuventus"la ortaq məxrəcə gəlməyə çalışdığını öyrəndikləri üçün danışıqlardan imtina etmişdilər.
Nihat