"Barselona" İspaniya La Liqasının 11-ci turu çərçivəsində əzəli rəqibi "Real Madrid"ə qarşı keçirəcəyi matça xüsusi forma ilə çıxacaq.
Fanat.Az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xavinin komandası "el klasiko"da üzərində tanınmış rok qrupu "Rolling Stones"in loqotipi həkk edilmiş idman geyimi ilə oynayacaq.
"Rolling Stones"in loqosunun formalara tətbiqi qrupun oktyabrın 20-nə planlaşdırılan "Hackneys Diamonds" albomunun buraxılışı ilə əlaqəlidir. Bu, son 18 ildə "Rolling Stones"in ilk albomu olacaq.
Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması oktyabrın 28-də keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə 17:15-də səsləndiriləcək.
Nihat