"Real Madrid"in yarımmüdafiəçisi Brahim Dias kareyrasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Todofichajes" yayıb.
Xəbərə görə, Diasın xidmətində "Aston Villa" maraqlıdır. Mənbə İngiltərə klubunun bu qış İspaniya nəhənginə 20 milyon avroluq rəsmi təklif göndərməyə hazırlaşdığını vurğulayıb.
Cari mövsüm "Real" forması ilə bütün turnirlərdə 8 oyuna çıxan Brahim 1 qol vurub. Onun "Kral klubu" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat