15:33 19.10.2023 1026

Türkiyədə fırtına kimi əsən azərbaycanlı: "Milli ilə bağlı məqsədlərim var" 

Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun paralel olaraq çalışdırdığı "Fomget" klubu Türkiyə çempionatında fırtına kimi əsir. Ötən mövsüm bu komanda ilə çempion olan həmyerlimizin başçılıq etdiyi kollektiv cari çempionatda keçirdiyi 7 görüşün hamısında qalib gəlib və hazırda liderdir. 

Fanat.Az Əsgərovla həm Türkiyə klubundakı, həm də millimizdəki son uğurları ilə bağlı danışıb.   

- Əvvəlcə "Fomget"in uğurlu çıxışı ilə bağlı fikirləriniz maraqlıdır. Yeddi oyun, yeddi qələbə. Bu möhtəşəm nəticə nəyin hesabınadır? 

- Əvvəlcə onu deyim ki, keçənilki çempion komandanın yarısı dəyişib. Yayda gedənlər oldu, hansı ki, bu, bizdən asılı olan və olmayan səbəblərdən baş verdi. Ayrılanlardan biri millimizin üzvü Ayşən Əhmədovadır. Biz onunla yolumuza davam etmək istəyirdik. Amma Yunanıstan klublarından birindən dəvət almışdı, getmək istəyirdi. Belədə rəhbərlik ona əngəl yaratmadı. 

Heyətin 50 faizi getdiyi üçün komandaya yeni qızlar cəlb etdik.  Seleksiyanı düzgün apardıq, heyətə keyfiyyətli oyunçular qatdıq. Uğurun bir səbəbi budursa, biridə sistemli işin olmasıdı. İstər məşq prosesi baxımından, istərsə də rəhbərliyin komandaya yanaşması baxımından, hər şey yüksək səviyyədə təşkil olunub. Klub qadın futboluna çox gözəl yatırım edib. 

- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub? Yenidən çempion olmaq mümkündürmü?

- Məqsədimiz də budur: titulu qorumaq. Yayda komanda kimi, klub rəhbərliyində də dəyişiklik oldu, yeni prezident gəldi. Hər kəs eyni uğura köklənib. Üstəlik, Çempionlar Liqasında son tsikldə edə bilmədiyimizi gələn il reallaşdırmaq istəyirik. Qitə turnirinə ilk dəfə qatılmışdıq deyə, təcrübəsizlik özünü göstərdi. Qrupdan çıxa bilmədik, 2-ci yeri tutduq. Amma yenidən çempion olub ÇL-ə vəsiqə qazanaraq növbəti tsikldə qrup birincisi olmağı qarşımıza hədəf qoymuşuq.   

- Komandanızın uğurlu nəticəsi, lider olması yerli ictimaiyət və mətbuat tərəfindən necə işıqlandırılır? 

- Səmimi deyirəm, bu məni o qədər də maraqlandırmır. Başımızı aşağı salıb işimizi görürük. Amma eşitdiyimə görə, komandanın nəticələri mediada geniş işıqlandırılır. Bundan başqa, "Fomget"in sosial şəbəkə hesabı aktivdir. Üstəlik, oyunlarımızı canlı yayımlayan kanal da nəticələri bizi geniş şəkildə işıqlandırır. 

- Bütün görüşlərdə qələbə qazansanız da, turnir cədvəlində ən yaxın izləyiclərinizdən uzaqlaşa bilməmisiz. Bu, çempionatın rəqabətli keçməsinin göstəricisidir?

- Doğru qeyd etdiniz. Bu da normaldır. Çünki ötən mövsümdən fərqli olaraq, çempionat fərqli sistemdə keçirilir. Ötən mövsüm yarış 2 qrupda keçirilirdi. İlk yeri tutanlar 1/4-ə birbaşa vəsiqə qazanır, hər iki qrupda 2-7-ci yeri tutanlar 3 vəsiqə uğrunda pley-off matçına çıxırdı. Bu il isə iki qrup birləşdirildi. Belədə güclülər hamısı bir araya gəldi. Üstəlik, legioner sayı da dəyişdirildi. Əvvəl əcnəbilər 6+2 idisə, indi 7+2-dir. Bütün komandalarda səviyyəli, keyfiyyətli legioner oyunçular var. Bunun nəticəsində çempionatda rəqabət daha da artıb. Bu ən çox da məni sevindirir. Çünki "Fomget"də bizim millinin üzvləri də var. Burdakı rəqabət sayəsində onların yığmadakı performansına da müsbət təsirini göstərəcək. 

- Rəhbərlik etdiyini Azərbaycan milli komandası da bu il uğurlu çıxışı ilə diqqət çəkir. Qızlar ötən ay Millətlər Liqasında Kiprlə heç-heçə edib səfərdə Monteneqroya qalib gəldilər. Noyabrdakı görüşlərlə bağlı nə deyə bilərsiz?

- Milli komanda mənim üçün çox önəmlidir. Onunla bağlı da məqsədlərim var. Bildiyiniz kimi, millidə də yenilənmə olub. Bu heyətlə bir AÇ və bir DÇ-də oynamışıq. Qitə çempionatında 3 xal qazanmışdıqsa, DÇ-də 7 xal yığdıq. Bu, daha çox ola bilərdi. Nəticələri yaxşılaşdıra-yaxşılaşdıra gəlirik. Hazırda Millətlər Liqasında çıxış edirik. İlk dəfə təşkil olunan bu yarış bizim kimi ölkələr üçün stimuldu. Sentyabrda 2 oyun keçirdik. İlk matçda “Dalğa Arena”da Kipr yığması ilə heç-heçə (1:1) oynadıq. Halbuki, şanslarımız var idi, qələbə qazana bilərdik. Əvəzində 4 gün sonra - sentyabrın 26-da səfərdə qrupun ən güclülərindən olan Montenqro yığmasına 1:0 qalib gəldik. Bu rəqiblə əvvəl də qarşılaşmış, səfərdə uduzmuş, evdə udmuşduq. Onları yaxşı analiz etmişdik. Üstəlik, Monteneqronun iki üzvü "Fomget"də rəhbərliyim altında oynamışdı. Oktyabr ayında bizi daha iki çətin oyun gözləyir. Ayın 27-si səfərdə Farer adaları, 31-i isə evdə isə Monteneqro yığması ilə qarşılaşacağıq. Hər iki oyunda da uğur qazanıb qrup liderliyimizi davam etdirmək istəyirik. Həm səfərdə, həm evdə qələbə qazansaq, qrupdan çıxmağımızı böyük ölçüdə təmin etmiş olacağıq.

- Milli üzvləri hazırda hansı formadadılar? Farer adaları ilə səfər və Monteneqro ilə ev oyunlarında qələbə qazanıb qrup liderliyini davam etdirmək mümkün olacaqmı?

- Sevindiricidir ki, istər Rusiyada, istər Yunanıstanda, istərsə də Türkiyə liqasında çıxış edən milli üzvləri klublarında müntəzəm oynayırlar. Belədə milliyə də yaxşı formada gəlirlər. Yeganə narahetedici məqam bir futbolçumuzun zədəli olmasıdır. "Beşiktaş"ın üzvü Esra Manya zədəlidir. O istisna olmaqla, hamısı hazırdır.   

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

Facebookdan bizi izləməyi unutmayın.
X