“Milan” klubunun 14 gün öncə itkin düşən hücumçusu Emil Robak tapılıb.
Fanat.Az-ın məlumatına görə, 20 yaşlı oyunçunun tapıldığı barədə informasiyanı icarə əsasında formasını geyindiyi “Norrçöpinq”in (İsveç) idman direktoru Toni Martinsson verib.
Martinsson gənc oyunçu ilə görüşdüyünü desə də, onun bu müddət ərzində harada olduğunu açıqlamayıb: “Bu gün onunla görüşdüm, vəziyyət nəzarət altındadır. İndi bu barədə daha danışmayacağıq”.
Qeyd edək ki, 2020-ci ildə “Milan”la müqavilə imzalayan Robak bu ilin martından İsveç təmsilçisinin uğurları üçün çalışır.