"Çelsi"nin müdafiəçisi Bencamin Çiluell komandanın vingeri Mixail Mudrikdən danışıb.
Fanat.Az xəbər verir ki, "сfcdajana" arxa xətt oyunçusunun dediklərini belə çatdırıb:
"O, elektrikdir. Mudrik futbolda gördüyüm ən sürətli oyunçudur”.
Çiluell 2020-ci ilin yayından "Çelsi"də oynayır. Bu mövsüm "zadəganlar"ın forması ilə bütün turnirlərdə 7 oyun keçirən Ben bir məhsuldar ötürmə ilə yadda qalıb.
Cari "futbol ili"ndə Mudrik London təmsilçisinin ümumilikdə 8 matçında forma şansı qazanıb. Ukraynalı futbolçunun "Çelsi" ilə olan müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.
Nihat