İtaliya futbolunun canlı əfsanələrindən olan Françesko Totti oynadığı dönəmdəki futbolla indikini müqayisə edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"İndiki futbol mənim xoşuma gəlirmi? Ümumiyyətlə, futbolu həmişə bəyənmişəm. Baxmayaraq ki, indiki futbol bizim oynadığımızdan aşkar şəkildə fərqlənir. Bizim dövrümüzdə komanda ruhu, döyüş ruhu daha çox idi. İndi insanlar daha çox öz fiziki hazırlıqları barədə düşünürlər. Bəlli məsələdir ki, oyun dəyişib.
Məsələn, "Real Madrid"in heyətində Bellingem, Tçuameni, Kamavinqa kimi fiziki cəhətdən güclü futbolçular var. Amma biz həmişə böyük oyunçulardan danışırıq: "Real"da mənim dönəmimdə oynamış Bekhemdən, Karlosdan, Zidandan... Onlar tam başqa oyunçulardır. Bu, bir faktdır".
Nihat