"Bayern Münhen" Fələstini dəstəkləyən müdafiəçisi Nussayr Mazraui barədə qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, klub belə bir bəyanat yayıb:
"Bayern Munhen" bu həftə Mazraui ilə ətraflı və aydınlaşdırıcı söhbət etdi. Müzakirəyə səbəb futbolçunun sosial şəbəkələrdə İsrailə qarşı terrorla bağlı rezonans və tənqidlərə səbəb olan paylaşımları olub.
"Bayern Münhen" və oyunçu Yaxın Şərq münaqişəsinin və onun zorakılığının sülh tərəfdarı olan Almaniyaya ötürülməsinə qəti şəkildə qarşıdır. Almaniyanın siyasi mədəniyyətində uşaqlara qarşı nifrət və zorakılığa yeri yoxdur. "Bayern Münhen" Almaniyanın yəhudi icmasını və İsraili dəstəkləyir. Uşaqların və ailələrin qətlinə heç nə haqq qazandırmır.
"Bayern Münhen" hesab edir ki, futbol ən çətin anlarda fərqli mədəniyyətlər arasında barışdırı gücünü ortaya qoymalıdır. Mazraui klubun heyətində qalacaq. Lakin müdafiəçi zədə səbəbindən müvəqqəti olaraq sıradan çıxıb".
Nihat