Amerika MLS-in oyunçuların Həmkarlar İttifaqı futbolçuların maaşlarını açıqlayıb.
Fanat.Az ABŞ mətbuatına istinadən xəbər verir iki, siyahıya "İnter Mayami"nin hücumçusu Lionel Messi başçılıq edir. Argentinalı superulduzun bir illik zəmanətli gəliri 20,45 milyon avro təşkil edir. Bu məbləğə bütün imzalama ödənişləri və bonuslar daxildir. Messinin əsas maaşının baza hissəsi isə 12 milyon dollardır. Bu, MLS üçün rekord göstəricidir. "İnter Mayami"nin həmsahibi Xorxe Masın sözlərinə görə, "Adidas", "Fanatics", "Apple TV" ilə müqavilələri və komandadakı payı Messinin ildə ümumilikdə 50-60 milyon dollar qazanmasını təmin edəcək.
Ən çox maaş alan MLS oyunçuları siyahısında 2-ci yerdə 7,5 milyon dollar baza maaşı və 15,4 milyon dollar zəmanətli ödənişlə "Toronto"nun futbolçusu Lorenzo İnsinyedir. Üçüncü sırada isə 8,15 milyon dollarla (7,35 milyon baza maaaşı) "Çikaqo"nun yarımmüdafiəçisi Cerdan Şakiri qərarlaşıb.