İngiltərənin "Brayton end Houv Albion" klubu yapon yarımmüdafiəçisi Kaoru Mitoma ilə bağlı atdığı addımı rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, asiyalı futbolçu ilə yeni müqavilə imzalanıb.
Mitoma müddəti 2027-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.
Sözügedən futbolçu 2021-ci ildən "Brayton"dadır. 26 yaşlı Kaoru 2022-ci ilin yayına qədər icarə əsasında Belçikanın "Yunion" klubunda çıxış edib. Ümumilikdə indiki komandasının forması ilə 52 matça çıxan orta xətt oyunçusu bu görüşlərdə 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat