"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel komandasının uzun müddət sürən zədədən sonra sıraya qayıdan qapıçısından - Manuel Noyerdən danışıb.
Fanat.Az Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis Noyerin Bundesliqanın 8-ci turunda "Maynts"a qarşı oynamayacağını deyib:
"Dünən onunla birlikdə qərara gəldik ki, "Maynts"la görüşün start heyətində Sven Ulrayx yer alacaq. Ola bilsin ki, İstambulda da ("Qalatasaray"a qarşı ÇL matçını nəzərdə tutur -red.). Noyer çox yaxşı məşq edir, işləri qaydasındadır. Amma biz tələsməməliyik".
Xatırladaq ki, Noyer Qətərdə keçirilən son dünya çempionatının ardından dağda xizək sürərkən ayağını sındırmışdı.
Nihat