Misli Premyer Liqasının 10-cu turunda "Sumqayıt"ı qəbul edəcək "Sabah" oyuna iki itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın mətbuat katibi Elnur Həmidov deyib:
"Yaydan bəri zədəli olan Kristian Sebalyosun "Sumqayıt"a qarşı oynamayacağı dəqiqdir. İspaniyalı hücumçunu nəzərə almasaq, başqa zədəlimiz yoxdur. Boyan Letiç isə cəzalı duruma düşdüyü üçün qarşıdakı matçı buraxacaq".
Qeyd edək ki, "Sabah" - "Sumqayıt" qarşılaşması oktyabrın 21-də keçiriləcək.
Nihat