Argentina millisinin üzvü Papu Qomes iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, buna səbəb "Montsa"nın yarımmüdafiəçisinin antidopinq qaydalarını pozmasıdır.
Ötən ilin noyabrında, Papu “Sevilya”da oynadığı dönəmdə onun dopinq-testi müsbət nəticələnmişdi. İdmançının özü isə həmin vaxt özünü pis hiss etdiyini və həkimlərlə məsləhətləşmədən övladı üçün nəzərdə tutulan öskürək əleyhinə sirop içdiyini bildirmişdi.
Qomes Argentina millisinin heyətində Qətərdə keçirilən son dünya çempionatının qızıl medalını qazanıb.