"Rubin" indi həminki deyil, vəziyyət mürəkkəbdir. Ümid edirəm ki, komanda yenidən əvvəlki yerinə qayıdacaq".
Fanat.Az "Metaratings"ə istinadən xəbər verir ki, bunu "Rubin"in sabiq müdafiəçisi Laşa Salukvadze deyib.
O, Kurban Berdıyev Tatarıstan təmsilçisinin "sükanı arxası"na qayıtmayana qədər vəziyyətin düzəlməyəcəyini bildirib:
"Rubin" istənilən halda, Rusiya futbolunun brendidir. Bu brendi Kurban Bekiyeviç yaradıb. Berdıyev çox güclü mütəxəssidir. Yalnız, Rusiyada yox, bütün Avropada... Tez-tez olmasa da, biz onunla əlaqə saxlayırıq. Ümid edirəm ki, Berdıyev "Rubin"ə qayıdacaq. Onsuz alınmayacaq. Bu komanda onun əsəridir".
Berdıyev 2001-2013 və 2017-2019-cu illər aralığında Kazan təmsilçisinin baş məşqçisi olub. "Tatarlar" onun rəhbərliyi altında iki dəfə Rusiya çempionluğunu (2008, 2009) bayram ediblər. Berdıyevli "Rubin" bir dəfə Rusiya Kubokunu (2010), iki dəfə Superkubokunu (2010, 2012) başı üzərinə qaldırıb. Hazırda sözügedən komanda Rusiya Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Nihat