22:04 20.10.2023 515

“Biz komandamıza həmişə güvənirik” - Ehtiram Quliyev

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində baş tutan “Qarabağ”la ev oyunundan (2:2) sonra jurnalistlərə müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir: 

- İkinci dövrənin açılış matçında komandanız “Qarabağ”la heç-heçə oynadı. Qarşılaşma barədə fikirləriniz necədir?
- Gözəl bir oyun oldu. İşıqlandırmadan sonra Tovuz şəhərində keçirilən ilk görüş idi.  "Qarabağ" çox güclü, Avropada öz sözünü demiş komandadır. Bu cür rəqibə qarşı qarşı belə bir oyun oynamaq bizi qürurlandırdı. Azarkeşlərimizə belə bir gözəl oyun bəxş etdiyimiz üçün daha çox sevinirik. "Qarabağ"a qarşı bərabərlik önəmlidir. Amma ən önəmli olanı belə gözəl oyun ilə heç-heçəyə nail olmaqdır. Ona görə sevincliyik.

- Rəqib 90-cı dəqiqədə hesabda önə keçəndən sonra xal qazanmaqdan ümidinizi üzdünüz?
- Biz komandamıza həmişə güvənirik. Hakimin final fitinə qədər ümidimizi üzmürük. Komandamız istər zəif, istərsə də güclü oynasa da, bu inam dəyişmir. Biz rəhbərlik olmaqla yanaşı, "Turan Tovuz"un azarkeşiyik.

- Hesaba alınmayan qolla bağlı fikirləriniz necədir?
- Məncə, qol idi. Hakimin idarəçiliyi barədə nəsə deyə bilmərəm. Mənə elə gəlir ki, bu epizod qol idi. Siz bunu daha yaxşı qiymətləndirə bilərsiniz. Belə komandaları motivasiyadan salmağa ehtiyac yoxdur. "Qarabağ"ın isə ümumiyyətlə belə bir şeyə ehtiyacı yoxdur. Hakimlər bir az diqqətli olsalar, daha yaxşı olar.

- “Huner Group”un Tovuz stadionunda gördüyü işlər göz önündədir. Mövsüm ərzində daha hansı dəyişikliklər gözlənilir?
- Çox çətin sualdır. İşıqlandırma qurmasaq, akademiya binası tikməsəydik, 3-5 yaxşı oyunçu ala bilərdik. Hətta UEFA Konfrans Liqasına belə gedə bilərdik. Tovuz şəhəri, azarkeşlər axşam radələrində belə işıqlandırmada oyun izləməyə layiqdir. Ona görə də infrastrukturu həll etmədən oyunçular almaq ötəri nailiyyətdir. Ot örtüyünün dəyişdirilməsi ilə bağlı danışıqlar gedir. Bununla bağlı AFFA-ya müraciət etmişik. Dəstək olsalar, məbləğin 50 faizini AFFA qarşılasa, ot örtüyünü dəyişəcəyik. Bu, tək bizim məsələmiz yox, Azərbaycan futbolunun adına olan bir məsələdir. Digər komandalar burada oynayaraq zədələnə bilirlər. Ağdam təmsilçisinin Avropada çox böyük nailiyyətləri var.

- “Turan Tovuz”un səfərdə daha yaxşı oynamasının süni ot örtüyü ilə əlaqələndirilməsi fikri ilə razısız?
- Əlbəttə, yüz faiz belədir. Süni ot örtüyündə hər oyunçu oynamır. Texniki oyunçular gətirmişik. Səfərdə oyunlara görə turnir cədvəlinin üst pillələrindəyik. Ev oyunlarında isə bu nəticə ilə sonuncuyuq. Ötən il də belə idi. Dəyişən heç nə olmayıb. Ot örtüyü təbii ilə əvəzlənməsə, heç nə dəyişməyəcək.

- AFFA-dan bununla bağlı müraciətiniz nə cavab gəlib?
- Danışıqlarımız gedir. Onları da anlayışla qarşılayırıq. Amma rica etmişik. İsrarla fikirlərimizi onlara çatdırırıq. Tovuz şəhərinin yaxınlığında, 1-2 kilometr şəhərdən məsafədə ərazi almılşıq. Aşağı yaş qrupu üzrə komandalarımız oyunlarımı orada keçirəcək.

- Marketinq layihələrindən “Turan Tovuz” gəlir götürə bilir?
- Gəlirimiz çox azdır. Gözlədiyimizin 20 faizi dəyərində məbləğ qazanılır. Uşaq futbolunu dəstəkləmək üçün azyaşlı azarkeşlərin stadiona girişini ödənişsiz etmişik. Onlar bizim gələcək azarkeşlərimizdir. Biletin qiymətləri isə baha deyil, 2 manatdır. Turniketimiz yoxdur. Ona görə bəzən nəzarət etmək çətin olur. Bunlar isə zamanla düzələcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X