"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Kral klubu"nun sabiq müdafiəçisi Serxio Ramosdan danışıb.
Fanat.Az xəbər verir ki, ESPN onun hazırda "Sevilya"da olan ispan oyunçu barədə dediklərini belə çatdırıb:
"Ramosu görmək və onunla görüşmək istəyərdim. Mən bütün oyunçularıma bağlıyam, ona isə daha çox. Bu gün Ramosun sayəsində buradayam. O, Çempionlar Liqasının 2014-cü ildə keçirilən finalında qol vurmasaydı, mən "Real"da olmazdım. Serxuonu həm buna, həm də klub üçün etdiyi hər şeyə görə sevirlər. Ümid edirəm ki, bu gün bizə qol vurmayacaq, amma vursa, istədiyi kimi bayram edə bilər".
Qeyd edək ki, "Real" və "Sevilya" La Liqanın 10-cu turu çərçivəsində bu gün qarşılaşacaqlar.
Nihat