Misli Premyer Liqasının 10-cu turunda "Turan Tovuz" son çempion "Qarabağ" la qarşılaşdı. Görüş tərəflərin məhsuldar bərabərliyi (2:2) ilə yekunlaşdı "Boz qurdlar"ın vitse-kapitanı Şəhriyar Əliyevlə əlaqə saxlayıb dünən baş tutan oyun və zədəsi ilə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Həqiqətən zədəli olub kənardan oyunu izləmək daha çətin olur. Komanda olaraq yaxşı mübarizə apardıq. Bəlkə də qələbə qazana və ya məğlub da ola bilərdik, amma komanda həqiqətən döyüşdü. "Qarabağ" dan bir xal almaq böyük nəticədir. "Qarabağ" top itirən kimi irəlidə təziq edən komandadır. Baş məşqçinin tapşırıqlarını futbolçular layiqincə yerinə yetirdilər.
Zədəm, şükür, sağalmaq üzrədir. Bir neçə gündən sonra məşqə başlayacam. Böyük ehtimalla, "Kəpəz" lə oyuna yox, "Səbail" lə matça hazır olacam".
Nahid Məmmədov