Birinci Liqanın 5-ci turunda "Karvan" doğma meydan da MOİK-i qəbul etdi. Görüş "ağ-qaralar"ınyenilgisi ilə yekunlaşdı - 0:3. Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayıb ağır məğlubiyyət barədə fikirlərini öyrəndik.
Kərimovun Fanat.Az-a açıqlaması belə oldu:
"Erkən buraxdığımız qol məğlubiyyətə təsir etdi. Düzdür, böyük hesablı məğlubiyyətlə üzləşdik, amma bu o demək deyil ki, məğlub olmuşuqsa, çempionatdan qopub liderlikdən uzaqlaşdıq. Turnir cədvəlinə baxanda görürük ki, liderlə aramızda 3 xallıq fərq var. Sonuncu turda "Mingəçevr"in "Şamaxı"nı məğlub etməsi çempionatın nə qədər gərgin mübarizə şəraitində keçdiyini göstərir. Artıq ev-səfər amili yoxdur. Bütün komandalar mübarizə aparır. Məğlub olduq və komandanın oyunundan narazıyam. Allahın köməyi ilə xalları sıralayıb üst yerlərdə qərarlaşacayıq. Komandamın gücü və inamı var".
Nahid Məmmədov