"Barselona"nın prezidenti Joan Laporta komandanın niderlandlı yarımüdafiəçisi Frenki de Yonq barədə danışıb.
Fanat.Az xəbər verir ki, klub başqanının dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Bizim Drenki de Yonqu 100 milyona satmaq imkanımız var idi. Ancaq bu təklifi qəbul etmədik. Çünki Frenki komandanın əsas oyunçularından biridir. Onu satsaq, potensialımızın bir hissəsini itirmiş olardıq".
26 yaşlı De Yonq 2019-cu ildən "Barselona"da çıxış edir. Ötən mövsüm kataloniya təmsilçisinin forması ilə bütün turnirlərdə 43 matça çıxan orta xətt oyunçusu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir.
Nihat