Birinci Liqanın 5-ci turunda "Mingəçevir" səfərdə çempionluğa iddialı "Şamaxı" ilə üz-üzə gəldi. Görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatdı. Mingəçevir təmsilçisinin baş məşqçisi Samir Məmmədovla əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Həqiqətən qələbə və liderdən xal almaq çox gözəl hissdir. Bu oyuna çox yaxşı köklənmişdik. İnşallah, növbəti oyunlara da qələbə üçün çıxacağıq. Bir daha futbolçularımıza, rəhbərlikdə olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Xüsusi olaraq, Şamaxıda bizi tək qoymayan azarkeşlərimizə də "çox sağ ol" deyirəm".
Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 7-yə yüksəldən "Mingəçevir" çempionatın turnir cədvəlində 6-cı pillədə mövqe tutub.
Nahid Məmmədov