10:25 22.10.2023 650

"Güclülərə qarşı motivasiyamız fərqli alınır" - Kamran İbrahimov

“Kəpəz”in qapıçısı Kamran İbrahimov “Zirə” ilə oyunda (0:0) qapısını toxunulmaz saxladı. Bu mövsüm "çərçivə"də dayandığı 4 matçda cəmi 4 qol buraxan İbrahimov son qarşılaşmada daha inamlı təsir bağışladı

23 yaşlı qolkiper oyundan
sonra  Fanat.Az-a müsahibə verib. 

- Qarşılaşma barədə fikirlərini bilmək istərdik. 

- Komandada yaxşı istək var idi. Çalışmalıydıq ki, qol buraxmadan qol vuraq. Qapımızı toxunulmaz saxladıq, amma fərqlənə bilmədik. Bununla belə, yaxşı mübarizə apardıq. Nəticədə 1 xal qazandıq. 

- Bu mövsüm "Qarabağ", "Neftçi", "Sabah" kimi iddialıları büdrədən "Kəpəz"  bu gün də lider "Zirə"dən xal almağı bacardı. Eyni performansı niyə ortabab və öz səviyyənizdə rəqiblərlə oyunlarda göstərə bilmirsiz? 

- İnanın, hər oyunda məqsəd uduzmamaq, qələbə qazanmaq olur. Sadəcə, bəzən rəqibin adı əlavə motivasiya verir, belədə güclülərə qarşı hazırlığımız fərqli alınır. Nəticədə iddialılarla görüşlərimizin xarakteri bizə uğur qazandırır. 
Hələ qarşıda xeyli oyumumuz var. Başa düşürük, səviyyəcə bizə yaxın komandalardan da xal və xallar almalıyıq ki, turnir mövqeyi baxımından üstünlük əldə edək. Qarşıdakı turlarda itirdiyimiz xalları qaytarmağa çalışacağıq. 

- Növbəti turda "qərb derbisi" olacaq. Yəni gələn həftə bura nominal ev sahibi kimi yox, qonaq kimi gələcəksiz. 

- Bundan sonra ev oyunlarımızı da Tovuzda keçirəcəyik. Gəncəyə yaxın olduğu üçün buranı seçdilər. Amma istənilən halda, çətinliklər var və olacaq. Gəncədə, öz azarkeşlərimizin qarşısında oynamaq istərdik. Baxmayaraq ki, bu mövsüm evdəki son görüşlərdə nəticələrimizlə onları üzmüşük. 
Bundan başqa, süni örtük amilini qeyd edə bilərəm. Təbii qazonda məşq edib sünidə oyun keçirmək hər komandaya olduğu kimi, bizə də çətinlik yaradacaq. "Turan Tovuz" isə bura öyrəşib. Bəlkə bu görüş bir neçə oyun sonra baş tutsaydı, biz də meydana daha yaxşı alışardıq. 
İstənilən halda, derbi oyunu olacaq, əlavə nəsə deməyə ehtiyac qalmır. Vuruşub qalib gəlməyə çalışacağıq.

- Son 4 oyunda səni "1 nömrə" görürük. Halbuki, ilk dövrə ərzində iki legioner qapıçı alınıb. Deyəsən, mövqeyini onlara vermək niyyətində deyilsən. 

- Etiraf edim ki, ötən mövsüm özümü yaxşı tərəfdən göstərə bilmədim. Bu mövsüm isə startdakı turlarda Vasili Vasilyuçek qapıda dayadı. Şansımı gözləyirdim. "Sabah"la görüşdə bu fürsəti mənə verdilər və özümü göstərməyə çalışdım. Həmin oyundakı çıxışımdan razı qalan məşqçilər davamlı güvənirlər. Mən də mövqeyimi əldən verməməyə çalışıram. Oyundan-oyuna özümə inamım artır. 
Əslində, ehtiyatda iki legioner qapıçının olması mənə xeyirlidir. Elə onlara da. Bu, rəqabət yaradır. Yəni narahat deyiləm. Sadəcə, səhv etməməyə,  bacardıqca komandamın uğurlu nəticə qazanmasında pay sahibi olmağa çalışıram. 

Mirağa 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X