MLS-də “Şarlott” “İnter Mayami”ni qəbul edib.
Fanat.Az xəbər verir ki, Şarlotdakı “Bank of Amerika” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 13-cü dəqiqədə kolumbiyalı hücumçu Kevin Varqas vurub.
Argentinalı hücumçu Lionel Messi, həmçinin ispaniyalı dayaq yarımmüdafiəçisi Serxio Buskets Florida təmsilçisinin start heyətində yer alaraq sonadək mübarizə aparıblar. Jordi Alba isə oyuna 67-ci dəqiqədə qoşulub.