İtaliya millisinin sabiq forvardı, hazırda "Adana Demirspor"un formasını geyinən Mario Balotelli yığmada yenidən oynamaq istəyindən danışıb.
Fanat.Az xəbər verir ki, "ITASportPress" onun dediklərini belə çatdırıb:
"Şimali Makedoniya ilə oyundan sonra daha milliyə qayıtmayacağımı demişdim, amma o, kədər anı idi. Əslinə isə millinin qapısını heç vaxt özüm üçün bağlamayacam. Seçməyə necə düşə bilərəm? Müntəzəm dəvət olunmağı xahiş etmirəm, ancaq hərdən məni də yığmaya çağırmaq olardı. Bir şeyə əminəm ki, heç kimdə məndə olan keyfiyyətlər yoxdur və heç kim mənim kimi oyuna sonradan daxil olaraq vəziyyəti dəyişə bilməz".
Xatırladaq ki, Balotelli İtaliya seçməsində 2010-cu ilin yayında debüt edib. O, "skuadra adzurra"nın heyətində 36 matça çıxaraq 14 qol vurub.
Nihat