"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandasının ukraynalı vinferi Mixail Mudrikin İngiltərə Premyer Liqasının 9-cu turunda "Arsenal"a vurduğu qoldan (2:2) danışıb.
Fanat.Az xəbər verir ki, "Evening Standard" onun dediklərini belə çatdırıb:
"Düşünürəm ki, o, yaxşı oynayır, amma mükəmməlləşməlidir. Mənim üçün Mudrik hələ ən yaxşı formada deyil.
Fikrimcə, biz irəlidə Nikolas Ceksonla daha çox təzyiq etməliydik. Belə edəndən sonra bir neçə qol epizodu yaratdıq. Oyunu 3:0 hesabı ilə udmağa daha yaxın idik".
Xatırladaq ki, Mudrik bu ilin yayından "Çelsi"dədir. Donetsk "Şaxtyor"undan transfer olunan futbolçunun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. Cari mövsüm "zadəganlar"ın forması ilə bütün turnirlərdə 9 oyun keçirən Mixail 2 qol vurub.
Nihat