Türkiyənin 1-ci liqasında 9-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da növbəti matçına çıxıb.
Tuzla təmsilçisi öz meydanında “Kocaelispor”a yenilib - 1:2.
Matça start "11-lik"də başlayan Həsənalızadə sonadək mübarizə aparıb.
Hazırda 7 xalı olan “Tuzlaspor” 18 komanda arasında 14-cü pillədədir.