"Bayern Münhen"in sol cinah müdafiəçisi Alfonso Devisi "Real Madrid"ə satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport Bild" yayıb.
Xəbərə görə, "Kral klubu" Devisi 40 milyon avroya transfer etmək istəsə də, Münhen təmsilçisi Alfonso ilə 50 milyon avro qarşılığında vidalaşmaq niyyətindədir və ispanlara qiymətdə güzəşt etmək fikrindən uzaqdır.
Xatırladaq ki, daha öncə mətbuatda "Real"ın 31 yaşlı Daniel Karvaxala əvəzləyici axtardığı barədə məlumatlar yayılıb.
Nihat