Bolqarıstan çempionatında 14-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Ludoqorets”lə qarşılaşıb. Oyun qolsuz bitib – 0:0.
Cəlal da bu matçın iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb, 79-cu dəqiqədə sarı vərəqə alıb.
“Arda” hazırda 23 xalla 6-cı pillədə qərarlaşıb.