İngiltərə Premyer Liqa nəhəngi "Çelsi"də çıxış edən təcrübəli mərkəz müdafiəçisi Tiaqo Silva karyerasını vətənində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
Mənbənin məlumatına görə, "Fluminense" 39 yaşlı cənubi amerikalı ilə müqavilə imzalamaqda maraqlıdır.
Braziliya klubu müdafiəçinin azad agentə çevrilməsini gözləyir ki, Silva ilə müqavilə imzalasın. Tyaqonun “zadəganlar”la müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq.
İngiltərə Premyer Liqasının bu mövsümündə müdafiəçi doqquz matçda iştirak edib. Bu matçlarda Silva qol vurmadan iki sarı vərəqə alıb.
Mirağa