PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-də "Strasburq" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun dediklərini belə çatdırıb:
"Biz bütün zonalarda təhlükəliyik və bu, komandaya fayda verir. Siz deyirsiniz ki, heyətdə dörd hücumameyilli oyunçumuz var, amma mən onların sayının yeddi-səkkiz olduğunu düşünürəm. Top bizdə olanda bütün futbolçularımız hücumameyilli oyunçulara çevrilirlər. Futbolçular mənim oyun ideyama necə uyğunlaşmaq lazım olduğunu bilirlər. Digər tərəfdən, Ramuş, Kolo Muani, Asensio kimi hücumameyilli futbolçularımız top rəqibdə olanda müdafiəçiyə çevrilirlər. Ramuş və Mbappe geri qayıdıb komandaya kömək edəndə xüsusi hisslər keçirirəm".
Nihat