"Barselona"nın hücumçusu Mark Qiyom "Atletiko" ilə matçda (1:0) La Liqadakı fantastik debütündən danışıb.
Fanat.Az xəbər verir ki, "Diario Sport Mark" görüşün taleyini həll edən 17 yaşlı istedadlı futbolçunun qol sevincini belə çatdırıb:
“Mən buna inana bilmirəm. Həyəcandan əfəsim kəsilir. Bu andan həzz almaq istəyirəm. Ömrüm boyu fürsətlərdən istifadə etmək üçün çalışmışam və onları əldə etmişəm. Unay Simonun qapıçısına qol vurmaq mənim üçün böyük şərəfdir.
Xavi mənə dedi ki, üzərimdə işləsəm, fürsətlər gələcək. La Masia hələ də fəaliyyət göstərir, "Barselona" üçün yeni istedadlar yetişdirir. Gənclər komandasındakı həmkarlarıma deyirəm ki, çalışmağa davam etməliyik. Çünki “Barselona”nın əsas komandasına düşmək istəyən çox sayda futbolçu var”.
Qeyd edək ki, 17 yaşlı hücumçuya peşəkar futbolda ilk qolunu vurmaq üçün bir dəqiqədən az vaxt lazım olub. Belə ki, 79-cu dəqiqədə əvəzetmədən oyuna qoşulan Qiyom bir dəqiqə sonra qələbə topunun müəllifinə çevrilib.
Mirağa