London "Arsenal"ı 2023/2024 mövsümü üçün qadınlardan ibarət komandanın fotosunu dərc edib.
Fanat.Az xəbər verir ki, şəkil sosial şəbəkələrdə qəzəb doğurub.
Buna səbəb fotodakı bütün futbolçuların və məşqçinin ağ dərili olmasıdır. "Arsenal" irqçilikdə və etnik müxtəlifliyin olmamasında ittiham olunub.
Klub hətta rəsmi şərh verməli olub: “Biz başa düşürük ki, qadın komandasının hazırkı tərkibi klubda və təmsil etdiyimiz ölkədə mövcud olan müxtəlifliyi əks etdirmir. Cəmiyyətin müxtəlif təbəqələrindən olan yeni qızların və qadınların cəlb edilməsi akademiya səviyyəsində əsas prioritetdir və buna nail olmaq üçün konkret addımlar atırıq”.
Mirağa