“Tottenhem”in baş məşqçisi Angelos Postekoğlu yeni Premyer Liqa rekordu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, İngiltərə çempionatında son matçda "Fulhem"i 2:0 hesabı ilə məğlub London komandası 9 turdan sonra 23 xal toplayıb.
"Squawka" bunun Premyer Liqa rekordu olduğunu bildirib. Postekoğludan əvvəl heç bir məşqçi ilk doqquz görüşündə bu qədər xal toplaya bilməyib.
“Tottenhem” “Brentford” və “Arsenal”la görüşlər istisna olmaqla, bütün görüşlərdə qalib gəlib.
Angelos Postekoğlu "Tottenhem"ə "Seltik"dən keçib.
Mirağa