"Aston Villa"nın sabiq futbolçusu Qabriel Aqbonlahor bu mövsüm İngiltərə Premyer Liqasında həyata keçirilən ən bərbad transferləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, "talkSPORT" onun dediklərini belə çatdırıb:
"Mövsümə necə başladığını nəzərə alsaq, Andre Onana dəqiq bu siyahıdadır ("Mançester Yunayted" kamerunlu qapıçını bu yay "İnter"dən alıb - red.). Meyson Maunt (MY Mauntu bu yay "Çelsi"dən transfer edib - red.) da həmçinin. Kay Havertsi ("Arsenal" bu yay alman hücumçunu "Çelsi"dən alıb - red.) də unutmayaq. Amma ən bərbadı Onanadır. O, çox pisdir. Topu qəbul edəndə elə rahat görünür ki, sanki dostları ilə oynayır. Belə arxayınsansa, heç olmasa, komandanı qollardan xilas et! Onana buraxdığı qolların bəzilərində ciddi səhvlər edib. Məsələn, "Brentford"la matçda komandasını vəziyyətdən çıxarmalıydı. "Bayern Münhen"lə Çempionlar Liqasındakı matçda (3:4) Leroy Zanenin fərqlənməsinə imkan verməməliydi. Andre forma yığacaq, amma bu gün üçün ən pis transferdir".
Nihat