"Barselona" hücum potensialını gücləndirmək üçün axtarışdadır.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu "İnter"də çıxış edən argentinalı hücumçu Lautaro Martinesi əldə etməyə çalışır.
İnformasiyanı "Todofichajes" yayıb. Mənbənin məlumatına görə, "blauqrana" tezliklə "neradzurri" ilə danışıqlara başlayacaq.
Martinesin potensial transfer dəyərinin 80-90 milyon avro olacağı gözlənilir.
Lautaronun "İnter"lə 2026-cı ilin yayına qədər müddətə müqaviləsi var.
26 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümündə 9 oyun keçirib, 11 qol vurub.
Mirağa