Almaniya nəhəngi "Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Türkiyə çempionu "Qalatasaray"la keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis klubun saytına açıqlamasında belə deyib:
“Çox çətin matçda qalib gəlməyə çalışacağıq. Bir az şans heç vaxt zərər verməz. “Qalatasaray” çoxdandır uduzmur – 17 matçdır məğlub olmayan yaxşı rəqiblə qarşılaşacağıq. Çalışacağıq ki, bu seriyanı qıraq.
Qrup qalibi olmaq üçün özümüzü kifayət qədər güclü hiss edirik. Biz pley-offa yüksəlmək istəyirik. "Qalatasaray"la oyundan sonra zirvədə qalmalıyıq".
Xatırladırıq ki, "Qalatasaray" - "Bayern" matçı bu gün, oktyabrın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Mirağa